Interposta.Info

İnsanlar Marsa bir çox təhlükəli bakteriya apara bilər – Tədqiqat
 

Dünya
 7-02-2024, 21:08     46 577

Alman Aerospace Venter aspirantı Tommaso Zakkarianın rəhbərlik etdiyi bir qrup tərəfindən aparılan araşdırma, bəzi yerüstü bakteriyaların simulyasiya edilmiş Mars mühitində inkişaf edə biləcəyini göstərib.

Qaynarinfo xəbər verir ki, tədqiqat Marsda atmosferi, torpağı və ultrabənövşəyi şüalara məruz qalmasını təqlid edən bir mühitə dörd bakteriya nümunəsi yerləşdirib. Nəticələr göstərib ki, bu bakteriyaların bəziləri, o cümlədən Pseudomonas aeruginosa və Klebsiella pneumoniae kimi patogenlər belə şəraitdə yaşaya və hətta inkişaf edə bilər.

İnsanlarda irinli-iltihabi infeksiyalara səbəb olan Serratia marcescensin Mars şəraitinə müqavimət göstərməsi xüsusilə maraqlı olub.

Bu, əgər bu bakteriyalar Marsda insanlarla birlikdə olarsa, astronavtlara yoluxma ehtimalı deməkdir.

Yeni kəşf kosmik gəmilərin və digər planetlərdəki bazaların təhlükəsiz və təmiz saxlanmasının vacibliyini vurğulayır. İnfeksiyalarla bağlı problemlər hələlik uzaq görünsə də, bəşəriyyət Mars və digər dünyaları müstəmləkə etmək üçün yola çıxanda onlar reallığa çevriləcək.

Araşdırmanın nəticələri Astrobiology jurnalında dərc olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26