Interposta.Info

WSJ: ABŞ fevralın 3-4-də İraq və Suriyadakı İran hədəflərini vuracaq

Dünya
 2-02-2024, 16:46     46 369

ABŞ silahlı qüvvələri İordaniyada 3 hərbçinin ölümü ilə nəticələnən Amerika bazasının atəşə tutulmasına cavab olaraq fevralın 3-4-də İraq və Suriyadakı İran hədəflərinə zərbələr endirəcək.

"İnterPosta" xəbər verir ki, bu barədə "The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən yazır.

WSJ həmsöhbətləri qeyd edirlər ki, ABŞ-ın verəcəyi cavab "çoxsəviyyəli” olacaq və təkcə zərbələr deyil, həm də Tehrana Vaşinqtonun daha böyük eskalasiyanı istəmədiyini başa salmalı olan addımları əhatə edəcək.

Qəzet yazır ki, Ağ Ev İsrail və Fələstin HƏMAS hərəkatı arasında atəşkəs barədə danışıqlar apararkən, bu addımlar İran və onun qüvvələrinin bölgədəki hücumlarını azaltmağa yönəldiləcək.

WSJ mənbələrinin məlumatına görə, İran ABŞ-ı inandırmağa çalışır ki, İordaniyadakı Amerika bazasına hücum əmri verməyib və Vaşinqtonun İranın şəxsi heyəti ilə birlikdə İran obyektlərinə və bazalarına hücumları İranın cavab zərbələri ilə nəticələnəcək.

Bir gün əvvəl CBS telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verib ki, ABŞ İraq və Suriyadakı İran hədəflərinə zərbələr endirmək planlarını təsdiqləyib. Yanvarın 30-da Politico xəbər verib ki, Birləşmiş Ştatlar Yaxın Şərqdə eskalasiyaya gətirib çıxarmadan İrana qarşı yeni hücumların qarşısını ala biləcək cavab zərbəsi variantları hazırlayır. Bildirilir ki, hərbi plana Suriya və İraqdakı İran hərbçilərinə və ya İranın Fars körfəzindəki hərbi dəniz qurğularına ardıcıl zərbələr endirilə bilər.

Yanvarın 28-də İordaniyanın şimal-şərqindəki Tanfdakı Amerika hərbi bazasına PUA zərbəsi endirilib. Hücum nəticəsində 3 nəfər ölüb, 30-dan çox adam yaralanıb. ABŞ prezidenti Co Bayden hücumu "Suriya və İraqda fəaliyyət göstərən İran tərəfindən dəstəklənən silahlıların” üzərinə qoyub.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26