Interposta.Info

Qəzaya uğrayan hərbi təyyarədə 65 ukraynalı əsir və daha 9 nəfər olub (YENİLƏNİB)

Dünya
 24-01-2024, 15:45     19 317

Rusiyanın Belqorod vilayətində İl-76 təyyarəsi Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulub.

Qaynarinfo Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrdəki mənbələr bildirir.

Mənbə qeyd edib ki, əsirlərin mübadiləsi ilə bağlı heç bir razılaşma olmayıb və vurulan təyyarədə S-300 raketləri olub.

Rusiya Müdafiə Nazirliyi İl-76 hərbi nəqliyyat təyyarəsinin Belqorod vilayətində qəzaya uğraması barədə məlumat yayıb.

Məlumatda bildirilib ki, İl-76 təyyarəsinin göyərtəsində dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi, 6 ekipaj üzvü və onları müşayiət edən 3 nəfər olub.

13.50

Rusiya Müdafiə Nazirliyi İl-76 hərbi nəqliyyat təyyarəsinin Belqorod vilayətində qəzaya uğramasını təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, Rusiya MN-dən verilən açıqlamada bildirilib ki, bu gün saat 11.00 radələrində Belqorod vilayətində İl-76 təyyarəsi qəzaya
Qeyd olunub ki, İl-76 təyyarəsinin göyərtəsində dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi, 6 ekipaj üzvü və onları müşayiət edən 3 nəfər olub.

13.21

Rusiyanın İl-76 hərbi nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Hadisə nəticəsində 63 nəfər ölüb. Məlumata görə, hazırda hadisə yerində xilasedicilər işləyir.

"Koroçansk rayonunda insident baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyinin istintaq qrupu və əməkdaşları hadisə yerində işləyir. İş qrafikimi dəyişib əraziyə gedirəm. Bütün təfərrüatlar barədə daha sonra məlumat verəcəm ", deyə Belqorod vilayətinin qubernatoru Qladkov "Telegram" kanalında yazıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26