Interposta.Info

İlk türk astronavt kosmosa uçdu - VİDEO

Dünya
 19-01-2024, 11:42     32 711

İlk türk astronavt Alper Gezeravcının kosmik səyahəti uğurla baş tutub.

O, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) digər əməkdaşları ilə birgə "SpaceX” şirkətinə məxsus kosmik gəmi ilə havaya qalxıb.

Gezeravcı Beynəlxalq Kosmik Stansiyaya yola düşüb.

Türkiyənin insanın iştirakı ilə həyata keçirilən ilk kosmik missiyası çərçivəsində o, Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.

Qeyd edək ki, indiyədək buraxılış bir neçə dəfə texniki səbəblərdən təxirə salınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26