Interposta.Info

 

“Report”un xüsusi müxbiri Ukraynanın ali mükafatına layiq görülüb - FOTO

Dünya
 17-01-2024, 11:20     20 909

“Report” İnformasiya Agentliyinin və “Baku” TV-nin Şərqi Avropa üzrə xüsusi müxbiri Mübariz Aslanov Ukraynanın “Şərəf Xaçı” medalı ilə təltif olunub.

Bu barədə ölkənin müdafiə naziri Rüstəm Umerov əmr imzalayıb.

Nazirin imzaladığı xüsusi sərəncamda bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin fəaliyyətini peşəkar, Ukrayna hərbi qulluqçularının qəhrəmanlıqlarını obyektiv işıqlandırdığına, xidməti vəzifələrini nümunəvi yerinə yetirdiyinə, Rusiyanın Ukraynaya hərbi hücumu nəticəsində baş verənləri intensiv və hərtərəfli işıqlandırdığına, xalqlar arasında dostluqda informasiya sahəsində fəallığına görə Mübariz Aslanov ali mükafatlardan “Şərəf Xaçı” medalı ilə mükafatlandırılır, ona təşəkkür bildirilir.

Medalı Ukrayna Müdafiə Nazirliyinin dövlət katibi Lyüdmila Daraqan M.Aslanova təqdim edib.
Dövlət katibi Ukrayna dövləti adından “Report” İnformasiya Agentliyi və “Baku” TV-yə xüsusi təşəkkürünü ifadə edib.

Qeyd edək ki, M.Aslanov Ukraynada belə medalla mükafatlandırılan ilk xarici jurnalistdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26