Interposta.Info

Alimlərdən Kanada və ABŞ-nin əraziləri, həmçinin əhalisi ilə bağlı qorxunc proqnoz

Dünya
 13-12-2023, 09:37     23 929

Kanada ərazisində əvvəllər məlum olmayan və Şimali Amerika qitəsində güclü sunamiyə səbəb ola biləcək çat aşkar edilib.

Bu barədə Fransanın Qrenobl-Alp Universitetinin alimləri xəbərdarlıq ediblər.

Britaniya Kolumbiyası əyalətinin ərazisindən keçən çatın uzunluğu təxminən 75 kilometrdir.

Alimlər bildiriblər ki, qırılma xəttinin keçdiyi ərazidə zəlzələ baş verərsə, bu Corciya boğazında müəyyən proseslərə gətirəcək, o da öz növbəsində Britaniya Kolumbiyası və qonşu ABŞ-nin Vaşinqton ştatında böyük ərazilərini su altında qoyacaq sunami ilə nəticələnə bilər.
Hadisələrin bu cür inkişafı ilə Vankuver və Sietl kimi böyük şəhərlər daşqın zonasında olacaq. Ümumilikdə, bir milyondan çox insan risk altında ola bilər.

Bununla əlaqədar tədqiqat müəlliflərindən Nik Harrihhauzen sözügedən ərazilərin sakinlərini mümkün zəlzələ və sunamiyə hazır olmağa, həmçinin qida, su, dərman və ilkin tələbat malları ehtiyatını hazırlamağa çağırıb./gazeta.ru/oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26