Interposta.Info

Kanada siqh liderinin ölkə ərazisində öldürülməsində Hindistandan şübhələnir
 

Dünya
 19-09-2023, 11:30     270

Kanadanın baş naziri Castin Trüdo Hindistan hökumətini siqh separatçılarının lideri Hardip Sinq Nicarın qətlinin təşkilində iştirakda şübhəli bilib.

O, iyun ayında Kanadanın Britaniya Kolumbiyası əyalətindəki məbədin yaxınlığında güllələnərək öldürülüb.

Trüdo bildirib ki, G20 sammiti zamanı Hindistanın baş naziri Narendra Modi ilə görüşündə siqh liderinin öldürülməsi məsələsini qaldırıb.

Kanada parlamentinin iclası zamanı Trüdo “Kanada ərazisində bir Kanada vətəndaşının qətlində xarici hökumətin hər hansı bir iştirakı suverenliyimizin qəbuledilməz pozulmasıdır”, - deyə vurğulayıb.
“Bu, azad, açıq və demokratik cəmiyyətləri idarə edən əsas qaydalara ziddir”, - deyə baş nazir əlavə edib.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26