Interposta.Info

“Atlantic”: Tramp Trüdonu dünyanın gözü qarşısında təhqir etdi

Dünya
 28-09-2018, 14:42     10 442

ABŞ prezidenti Donald Trampın Kanada baş naziri Castin Trüdo ilə BMT Baş Assambleyası çərçivəsində görüşdən imtina etməsi son aylarda iki ölkə arasındakı münasibətlərdə ən soyuq məqam ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə “The Atlantic” dərgisində yer alan məqalədə bildirilir.

Brifinqdə jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, Trüdo ilə görüşdən imtina etməsinin səbəbi Kanadanın rüsumlarının olduqca yüksək olmasıdır. ABŞ prezidenti əlavə edib ki, Trüdo öz mövqeyini dəyişmək istəmir.

Tramp Azad ticarət üzrə Şimali Amerika sazişi ilə bağlı danışıqlar aparan Kanada nümayəndələrindən narazılığını ifadə edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26