Interposta.Info

 

İranda insanların rəqs etdiyi görüntüləri paylaşan 12 nəfər həbs edilib - VİDEO

Dünya
 6-12-2023, 15:44     29 720

İranın Rəşt şəhər bazarında insanların rəqs etməsi ilə bağlı videonu sosial hesablarında paylaşan 12 nəfər həbs edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
“Rəşt şəhər bazarında insanların qaydalara zidd olaraq rəqs etməsi ilə bağlı videonu sosial hesablarında paylaşan 12 nəfər müəyyən edilərək həbs edilib”, - deyə Gilan əyalətinin polis idarəsinin rəis müavini Hüseyn Hüseynpur bildirib.
Onun sözlərinə görə, rəqs videosunda məcburi hicaba riayət etməyən xanımların olması ictimai düşüncəyə zərər vurur.

 
İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26