Interposta.Info

Azərbaycanda sosial infrastrukturun inkişafına diqqət daha da artırılmalıdır” - Dünya Bankı

Dünya
 30-10-2023, 17:54     21 530


Azərbaycanda sosial infrastrukturun inkişafına daha çox diqqət ayrılmalı, bu sahə inkişaf etdirilməlidir.

Bunu "Report”a açıqlamasında Dünya Bankının Azərbaycandakı ölkə meneceri Ştefani Ştalmeyster (Stefanie Stallmeister) bildirib.

Onun sözlərinə görə, Azərbaycan nəqliyyat infrastrukturu sahəsində böyük işlər görüb, mühüm irəliləyişlər əldə edib: "Bunlara çəkilən dəmir yolları, avtomobil yolları, hava limanları və sair daxildir. Lakin nəqliyyat infrastrukturu ilə yanaşı, sosial infrastrukturun da inkişafına diqqət yetirilməli, bu istiqamətdə işlər görülməlidir. Təhsil müəssisələri, səhiyyə müəssisələri açılmalıdır. Hər ikisi əhəmiyyətlidir və biri-birinə paralel şəkildə həyata keçirilməlidir".

S.Ştalmeyster əlavə edib ki, nəqliyyat infrastrukturunda böyük inkişaf var, bunu sosial infrastrukturda da görmək istəyirik: "Bu, eyni zamanda özəl sektorun da inkişafını sürətləndirəcək”.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 50-dən çox layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə 4,5 milyard ABŞ dollarından çox kredit ayırıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26