Interposta.Info

Polşada azərbaycanlı qətlə yetirildi

Dünya
 26-10-2023, 21:02     36 119

Gürcüstanın Marneuli rayonunun Sabirkənd kəndindən olan 40 yaşlı Famil Musayev Polşada qətlə yetirilib.

APA-nın Gürcüstan bürosu "24news.ge” portalına istinadən xəbər verir ki, cinayət hadisəsi oktyabrın 20-də baş verib. Məlumata görə, Famil Musayev bir müddət öncə avtomobil almaq məqsədilə Polşaya gedib. Hadisənin hansı zəmində və ya kim tərəfindən törədilməsi hələki məlum deyil.

Famil Musayevin meyitinin Gürcüstana gətirilməsi üçün iş aparıldığı bildirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26