Interposta.Info

 

İranda əxlaq polisi məcburi hicabdan imtina edən təbrizli qızı dəlixanaya salıb - FOTO

Dünya
 21-10-2023, 15:13     32 527

Oktyabrın 15-də Təbrizdə məcburi hicab qaydalarını pozduğuna görə hökumət məmurları tərəfindən döyülməsinə etiraz olaraq “Xameneiyə ölüm”, “Diktatora ölüm” şüarları səsləndirən qız ruhi xəstəxanaya köçürülüb.

Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib.

Bununla bağlı Şərqi Azərbaycan əyalətinin polis komandanlığı məlumat yayıb.

Qeyd edilib ki, şüar səsləndirən qız psixi problemləri olduğundan polis bölməsinə aparıldıqdan sonra dəlixanaya köçürülüb.

Xatırladaq ki, oktyabrın 15-də hökumət muzdluları təbrizli qızı hicab qaydalarını pozduğuna görə döyüb və təhqir ediblər.
Ciddi bədən xəsarətləri alan qızın Xameneiyə qarşı şüar səsləndirməsindən sonra ona daha ağır fiziki zərbələr vurublar və huşunu itirən qızı həbs ediblər. Oktyabrın 16-da isə o, Təbrizdə ruhi xəstəliklər dispanserinə köçürülüb.

Qeyd edək ki, son bir il ərzində İranda məcburi hicaba etiraz edən 36 qadın hökumət məmurları tərəfindən qətlə yetirilib.


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26