Interposta.Info

Həyat yoldaşı Donald Trampla nikah müqaviləsini yenilədi

 

Dünya
 29-09-2023, 15:01     248

ABŞ-ın 45-ci prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp ərinin qarşıdan gələn prezident seçkilərində mümkün qələbəsi fonunda nikah müqaviləsinin şərtlərini dəyişib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Page Six” mənbələrə istinadən yazır.

Materialda bildirilir ki, son bir il ərzində ölkənin keçmiş liderinin həyat yoldaşı komandası ilə birlikdə yeni "nikahdan sonrakı" müqavilənin imzalanması üçün "sakitcə" danışıqlar aparıb. Nəşrin həmsöhbəti qeyd edir ki, müvafiq sənədə yenidən baxılması keçmiş prezident və Melaniya Trampın ailə həyatı başlayandan bəri üçüncü dəfədir baş verir.

"Melaniya ən çox oğulları Barron üçün əhəmiyyətli əmlakı qorumaq və artırmaqdan narahatdır", deyə mənbə bildirib.

Başqa bir mənbəyə görə, müqavilənin yeni şərtləri Donald Trampın həyat yoldaşının özünə də şamil edilir. Müvafiq bəndlər ər-arvadın həm pulunu, həm də əmlakını əhatə edir.

"Page Six"ə görə, Ağ Evin keçmiş sahibi hələ də böyük sərvətə malikdir. Bununla belə, Trampa qarşı artan cinayət işləri həyat yoldaşını boşanma halında oğlunun və onun etibarlı gələcəyini təmin etmək üçün nikahdan əvvəl razılaşmasını yenidən müzakirə etməyə məcbur edib. Bununla belə, nəşrin mənbələrindən biri qeyd efib ki, Melaniya ərini münasibətlərini dondurmaqla hədələməyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26