Interposta.Info

Ermənistan Roma Statutunu qəbul edib Putini həbs etməyə bilərmi? - Nazirin cavabı

 

Dünya
 14-09-2023, 18:57     294

Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasının Rusiya Federasiyası ilə bağlı proseslərə heç bir aidiyyatı yoxdur.

"İnterPosta" xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Qriqor Minasyan hökumətin iclasından sonra keçirilən brifinqdə jurnalistlərə respublikanın Beynəlxalq Cinayət Məhkəməsinin işini tənzimləyən Roma Statutuna qoşulacağı təqdirdə Ermənistan-Rusiya münasibətləri üçün risklər barədə sualları cavablandırarkən deyib.
Nazir qeyd edib ki, Ermənistan Rusiya Federasiyasının rəhbərinə qarşı qəbul edilən qərarlardan bir neçə ay əvvəl prosesə başlayıb (Rusiya Prezidenti Vladimir Putinə qarşı "cinayət təqibi” haqqında BCM qərarı 2023-cü ilin martında qəbul edilib, Ermənistan isə prosesə 2022-ci ilin dekabrında başlayıb - red.).

"Beləliklə, məqsədimiz dövlət maraqlarımızı qorumaq üçün yeni cinayət-hüquqi sənədlər yaratmaqdır. BCM ərazimizdə törədilmiş hərbi cinayətlərə qarşı beynəlxalq məhkəmə mexanizmlərindən istifadə etməyə imkan verir. Bu, yaxşı müdafiə vasitəsidir və təəssüf ki, biz bundan istifadə edə bilmirik:

"Bir daha deyirəm, bu prosesin sizin səsləndirdiyiniz məsələlərlə heç bir əlaqəsi yoxdur”, - deyə Minasyan bildirib.

Ətraflı
Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsinə qoşulmaqla bu məhkəmənin Putinin "həbs edilməsi” ilə bağlı verdiyi orderi yerinə yetirməyə məcbur olub-olmayacağı sualına Minasyan belə cavab verib:

"Bu, artıq siyasi məsələdir. Qanunvericilik bazası, bizə qarşı hərbi cinayətlərə beynəlxalq məhkəmədə baxılması üçün mexanizm yaradır”, - nazir bildirib.

Yada salaq ki, Ermənistan BCM-ə qoşulma prosesinə təxminən 20 il bundan əvvəl başlayıb, lakin 2004-cü ilin avqustunda Konstitusiya Məhkəməsi Roma Statutunun o vaxt qüvvədə olan Konstitusiyaya zidd olduğunu elan edib. Guya Azərbaycanın Ermənistan Respublikası ərazisinə hərbi təcavüzündən sonra Ermənistan 2022-ci ilin sonunda yenidən Roma Statutunun ratifikasiyası prosesini bərpa edib. İrəvan qoşulma ərizəsində Roma Əsasnaməsinin 2021-ci il mayın 12-dən (Azərbaycan silahlı qüvvələrinin Sünik vilayətinin Sevliç gölü ərazisində Ermənistan Respublikasının ərazisinə daxil olmasından sonra) geriyə tətbiq edilməsini xahiş edib.

Rusiya Xarici İşlər Nazirliyindəki mənbələr daha əvvəl bildirmişdilər ki, Moskva İrəvanın Rusiya Federasiyası rəhbərliyinə qarşı qanunsuz məhkəmə "əmrləri” fonunda Roma Əsasnaməsinə qoşulmaq planlarını qəbuledilməz hesab edir. Departament vurğulayır ki, erməni həmkarlarına Rusiya Federasiyası ilə ikitərəfli münasibətlər üçün mümkün addımların mənfi nəticələri barədə xəbərdarlıq edilib.

Ermənistan parlamentinin spikeri Alen Simonyan sentyabrın əvvəlində qeyd edib ki, Ermənistan Yerevanın Roma Əsasnaməsinin mümkün ratifikasiyası ilə bağlı Rusiya ilə məsləhətləşmələri davam etdirəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26