Interposta.Info

ABŞ Danimarka və Niderlanda F-16-ların Ukraynaya tədarükünə icazə verdi – Reuters

Dünya
 18-08-2023, 09:47     238

Birləşmiş Ştatlar ukraynalı pilotlar təlimlərini başa vuran kimi Danimarka və Niderlanddan F-16 qırıcılarının Ukraynaya tədarük etməsinə icazə verib.

Bu barədə Reuters adı açıqlanmayan Vaşinqton rəsmisinə istinadən məlumat yayıb.

Reuters-in məlumatına görə, ABŞ Danimarka və Niderlandı bütün lazımi F-16-ların transferi ilə bağlı tələblərin təsdiqini sürətləndirəcək ki, ukraynalı pilotlar təlim başa çatan kimi qırıcıları qəbul etsinlər.

"Mən F-16 qırıcılarının Ukraynaya təhvil verilməsində və ukraynalı pilotların ixtisaslı F-16 təlimatçıları tərəfindən təlimində Birləşmiş Ştatların tam dəstəyini ifadə etmək üçün yazıram”, - ABŞ dövlət katibi Entoni Blinkenin Danimarka və Niderlanddan olan həmkarlarına yazdığı məktubda deyilir.
Agentlik xatırladır ki, ABŞ prezidenti Co Bayden hələ may ayında F-16-da ukraynalı pilotlar üçün təlim proqramlarını təsdiqləyib, lakin təyyarələrin çatdırılma vaxtı hələ açıqlanmayıb./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26