Interposta.Info

 

İranlı boks çempionuna yenidən ölüm hökmü verildi - FOTO

Dünya
 25-07-2023, 14:23     340

İranlı boks çempionuna yenidən ölüm hökmü verildi.

Bu barədə “Azad İran” “Telegram” kanalı İranda İnsan Haqları Təşkilatının məlumatına istinadla xəbər verib.

Bildirilir ki, Məhəmməd Cavad Vəfayi Sani Məşhəd şəhər İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən dünən yenidən ölüm cəzasına məhkum edilib.

Qeyd edək ki, Məşhəd İnqilabi Cinayət Məhkəməsinin 4-cü şöbəsi bu qəddar hökmü əvvəllər də vermişdi, ancaq qərar apellyasiya şikayəti əsasında ləğv edilmişdi və yenidən işin araşdırılması üçün ikinci şöbəyə göndərilmişdi. Bununla belə, bu şöbə də edam qərarı verib.
Xatırladaq ki, 27 yaşlı iranlı boks çempionu 2019-cu ilin oktyabr etirazlarında iştirakına görə həbs edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26