Interposta.Info

 

Bayden ailəsilə çimərlikdə görüntülənib – FOTO/VİDEO

Dünya
 9-07-2023, 17:06     219

ABŞ Prezidenti Co Bayden həyat yoldaşı Cil və nəvəsi Finneqanla birlikdə Delaverdəki evinin yaxınlığındakı ictimai çimərliyə gedib.

Amerika liderinin oğlu Hunter Bayden ailə tətilinə qatılmayıb.

İstirahət edənlərin əksəriyyəti dəniz sahilinə məxfi xidmət əməkdaşlarının müşayiəti ilə gələn Bayden cütlüyünə əhəmiyyət verməyib. Üstəlik, prezidentin yanında yer almaq qərarına gələn bütün şəhər sakinləri metal detektorlardan istifadə edilməklə yoxlanılıb.
Bayden ailəsi bir neçə saat çimərlikdə qalıb, bundan sonra evlərinə gediblər.

İnterPosta.info
[media=https://baku.tv/embed/89403]


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26