Interposta.Info

Kuleba: Ukraynalılar illərlə döyüşməyə hazırdır, bizə silah verin sadəcə
 

Dünya
 30-06-2023, 12:03     152

Ukraynalılar uzun illər hərbi əməliyyatları davam etdirməyə hazırdırlar.

"İnterPosta" xəbər verir ki, bu barədə İtaliyanın La7 telekanalına müsahibəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

"Vətəndaşlarımız arasında sorğu keçirdik. Ukraynalıların 58%-i ölkəmizin qalib gəlməsi üçün illərlə müqavimət göstərməyə hazır olduqlarını bildiriblər”, - Kuleba deyib.

O, həmçinin əlavə edib ki, Ukrayna münaqişəyə başqa ölkələrin qoşunlarının müdaxiləsini "heç vaxt xahiş etməyib və istəmir”. "Bizə silah verin, qalan işləri görək", - nazir deyib. O vurğulayıb ki, o, "münaqişənin tez bir zamanda sona çatması üçün hər gün çalışır", lakin onun sözlərinə görə, hərbi əməliyyatların nə qədər davam edəcəyi məlum deyil.

Bundan əvvəl Aİ Ukraynadakı münaqişənin uzanacağını hesab edir. Eyni zamanda, Birləşmiş Ştatlar Ukraynadakı münaqişənin "öz-özünə” həll oluna biləcəyini bəyan edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26