Interposta.Info

İran zəlzələdən sonra yardım adı altında Suriyaya silah göndərib

Dünya
 12-04-2023, 19:24     294

İran hakimiyyəti Suriyadakı zəlzələ qurbanlarına humanitar yardım aparan təyyarələrdən hərbi texnika göndərmək üçün istifadə edib.

Məlumata görə, fevralın 6-da baş verən zəlzələdən sonra bir neçə yüz İran təyyarəsi Suriyanın Dəməşq, Latakiya və Hələb hava limanlarına enib. Onlar humanitar yardım adı altında Suriyanın hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsi üçün lazım olan qabaqcıl rabitə avadanlığı, radar batareyaları və ehtiyat hissələrini daşıyıblar.

İsrail Müdafiə Nazirliyindəki mənbə bildirib ki, yəhudi dövlətinin hakimiyyət orqanları İranın hərbi texnikasının Suriyaya ötürülməsindən xəbərdar olub və bir qayda olaraq, hissə-hissə daşınıb.

Onun sözlərinə görə, yük əsasən Hələb hava limanına çatdırılıb. İsrail iki İran yük təyyarəsi oraya endikdən bir neçə saat sonra onu vurub.

Suriya Silahlı Qüvvələrinin zabiti də məlumatı təsdiqləyib:
“Zəlzələ lazımi şərait yaradıb. Sonrakı xaos İran təyyarələrinin maneəsiz Suriya hava limanlarında enişinə imkan verib”.

O, həmçinin qeyd edib ki, İsrailin Ərəb Respublikası ərazisinə zərbələrinin tezliyi son aylarda məhz yəhudi dövlətinin hakimiyyət orqanlarının silah tədarükündən xəbər tutması səbəbindən xeyli artıb./TASS/oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26