Interposta.Info

Lavrov Türkiyəyə gedəcək və Çavuşoğlu ilə Qarabağı müzakirə edəcək

Dünya
 30-03-2023, 18:14     235

Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə aprelin 6-7-də Türkiyəyə səfər edəcək.

Qaynarinfo xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinq zamanı deyib.

Səfər zamanı Lavrov və Çavuşoğlu arasında ikitərəfli danışıqların keçirilməsi planlaşdırılır.

Onun sözlərinə görə, təmaslar zamanı geniş spektrli məsələlərin, ilk növbədə, qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən ticarət, enerji və turizm sahələrində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi planlaşdırılır.

"Regional və beynəlxalq gündəliyin aktual məsələləri, o cümlədən Ukraynadakı hazırkı vəziyyət, Suriya və Dağlıq Qarabağ nizamlanması, eləcə də Mərkəzi Asiya və Əfqanıstan üzrə hərtərəfli fikir mübadiləsi aparılacaq", - Zaxarova bildirib.

O qeyd edib ki, nazirlər həmçinin müxtəlif səviyyələrdə ikitərəfli təmasların cədvəlini hazırlamağı planlaşdırırlar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26