Interposta.Info

Sergey Lavrov Bakıya gəlir

Siyasət
 22-02-2023, 19:29     236

Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfər edəcək.

"İnterPosta" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Zaxarova bildirib ki, Lavrov Bakıda keçiriləcək Rusiya-Azərbaycan Ekspert Şurasının plenar iclasında iştirak edəcək. Səfər fevralın 27-28-də baş tutacaq.

Qeyd edək ki, Rusiya-Azərbaycan Ekspert Şurasının plenar iclası iki ölkə arasında müttəfiqlik münaisbətlərinin qurulmasının bir illiyinə həsr olunacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26