Interposta.Info

Ukraynanın dövlət borcu 111 milyard dollar oldu

Dünya
 3-03-2023, 22:35     268

"2022-ci ildə Ukraynanın dövlət borcu 13 milyard artaraq 111 milyard dollara çatıb”.

"Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal mətbuat konfransında bildirib.

"2022-ci ildə 38,5 milyard ABŞ dolları həcmində beynəlxalq maliyyə dəstəyi dövlət borcunun cüzi artımına imkan verib. İlin əvvəlinə dövlət borcu 111 milyard dollar olub, əvvəlki illə müqayisədə 13 milyard dollar artıb”, - o vurğulayıb.

Xatırladaq ki, ötən il Ukrayna dövlət borcunun bir hissəsinin restrukturizasiyasını həyata keçirib, yəni 2 il müddətinə 20 milyard dollarlıq xarici borc üzrə möhlət aldı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26