Interposta.Info

202-ci saatda möcüzəvi xilas: Operatorun diqqəti gənc qadının həyatını qurtardı - VİDEO

Dünya
 14-02-2023, 17:08     176

Səhər saatlarında Kahramanmaraş və Adıyamanda dağıntılar altından üç gəncin xilas edilməsindən sonra daha bir şad xəbər Hataydan gəlib. Belə ki, dağıntılar altında qalan Mine Akgül zəlzələnin 202-ci saatında xilas edilib.

Onun ekskavator operatorunun diqqəti sayəsində tapıldığı vurğulanıb; dərhal həyəcan siqnalı verilib, axtarış-xilasetmə heyətinin üzvləri müdaxilə ediblər.

Məlumata görə, 26 yaşlı qadın çox dik və sıldırım yerdə qalıbmış. O, dağıntılar altından ehtiyatla çıxarılıb və dərhal termal yorğana bükülüb, sonra isə təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə iki dağıdıcı zəlzələ baş verib. Əsrin fəlakətində ölənlərin sayı 31,9 minə çatıb./Haberler.com/oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26