Interposta.Info

Azərbaycanın xilasediciləri 198 saatdan sonra dağıntılar altından 2 qardaşı sağ çıxardı (VİDEO)

Dünya
 14-02-2023, 11:56     181

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Kahramanmaraşda dağıntılar altında 198 saat qalmış 2 qardaşın xilas edilməsi ilə bağlı açıqlama yayıb.

İnterPosta.info
xəbər verir ki, daxil olan məlumatda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Azərbaycan FHN-in xilasedicilərinin Türkiyə və Belarusdan olan həmkarları ilə birgə həyata keçirdikləri xüsusilə mürəkkəb xilasetmə əməliyyatı nəticəsində Kahramanmaraşda dağıntılar altında 198 saat qalmış 2 qardaş – 17 yaşlı Muhammed Enes və 21 yaşlı Abdulbaki sağ xilas olunublar.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək".

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26