Interposta.Info

Türkiyəli alim: “Zəlzələ qurbanlarının sayı 100 min nəfəri keçə bilər”

 

Dünya
 12-02-2023, 00:03     196

Türkiyəli alim, zəlzələ üzrə mütəxəssis Övgün Ahmet Erkan Almaniyanın “Der Spiegel” nəşri ilə söhbətində zəlzələdə ölənlərin sayının 100 min nəfərə çatmasını kifayət qədər real olduğunu bildirib.

“Hazırda hesablamalar bunu göstərir”, - ekspert vurğulayıb.

İstanbul Texniki Universitetinin keçmiş professorunun sözlərinə görə, bu proqnozu heç də ən pis ssenari deyil.

Erkan izah edib ki, zəlzələdən ən çox təsirlənən ərazidə 13 milyondan çox insan yaşayır ki, bu da, məsələn, Yunanıstanın bütün əhalisindən çoxdur.

“Hazırda iki güclü zəlzələ nəticəsində 7 minə yaxın binanın dağıldığı məlumdur. Mənim hesablamalarıma görə, 200 minə yaxın insan dağıntılar altında qalıb, indiyədək 8 mindən çox insan xilas edilib”, - mütəxəssis bildirib.

Alim qeyd edib ki, hazırda Türkiyə dünyanın indiyədək gördüyü ən böyük fəlakətlərdən biri ilə üzləşib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26