Interposta.Info

NATO Ukraynanın tərəfində müharibəyə qoşulacaq: İki şərt açıqlandı (VİDEO)

Dünya
 11-02-2023, 09:03     264

NATO iki halda müharibəyə Ukrayna tərəfindən qoşula bilər - Belarusa və Rusiyanın nüvə silahından istifadəsinə görə.

"İnterPosta" bu barədə Unaian-a istinadla xəbər verir.

"Əgər müharibəyə Belarus qoşularsa, bu, real olacaq. Məhz Belarus ordusu ilə girsə, o zaman NATO Belarusla müharibə edə bilər. Rusiya ilə yox (döyüşəcəklər), Belarusla, yalnız Belarus ərazisində. Bu realdır, çünki bu, NATO üçün böyük təhlükədir. Latviya, Litva, Polşa var”, - deyə siyasi strateq Mixail Şeytelman hesab edir.
Ekspert bunu senarilərin "ən yumşağı” adlandırıb.

Şeytelmanın fikrincə, çətin senari Rusiyanın nüvə silahından istifadə etməsi olacaq.

Qeyd edək ki, fevralın 10-da səhər saatlarında Rusiyanın iki "Kalibr” qanadlı raketi NATO-nun üzvü olan Rumıniyanın dövlət sərhədini keçib, - bu barədə təfərrüatları Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı açıqlayıb .

Onun sözlərinə görə, "Kalibr” Qara dənizdən buraxılıb.

Fevralın 10-da Rusiya Ukraynaya növbəti kütləvi raket hücumu həyata keçirib.

Ötən gecə Rusiya Federasiyası İranın Şahed-136/131 komikadze pilotsuz təyyarələri ilə Ukrayna şəhərlərinə hücum edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26