Çexiyanın yeni prezidenti Pavelə qarşı kampaniyanın arxasında Rusiya dayanırdı - DİN
Çexiyanın seçilmiş prezidenti Petr Pavelin guya Praqanın Moskva ilə müharibəyə girməsinin vacibliyini bəyan etdiyi saxta video onun yenidən prezident seçilməməsi üçün Rusiya tərəfi tərəfindən yaradılıb və yayılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Çexiya Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirlik cümə axşamı ölkədə 2023-cü ilin yanvarında keçirilən prezident seçkiləri zamanı dezinformasiya və manipulyasiyanın təhlilini dərc edib. Çexiya Daxili İşlər Nazirliyinin hesablamalarına görə, seçkilərin birinci turunda hücumlar əsasən Pavel, onun əsas rəqibi Andrey Babiş və üçüncü yeri tutan Danuşa Nerudovaya qarşı yönəldilib.
Eyni zamanda, Çexiya hüquq-mühafizə orqanının təhlilinə görə, birinci raunddan sonra Babisə qarşı hücumlar dayandırılıb və Pavelə qarşı "bütün kvazimedia ekosistemində geniş və kütləvi onlayn hücumlar dalğası güclənib".
"Bu kontekstdə qeyd etmək lazımdır ki, seçkilərin ikinci turundan əvvəl, Pavelin Çexiyanın Rusiya Federasiyası ilə müharibəyə girməli olduğunu iddia etdiyi geniş tirajlı və manipulyasiya edilmiş bir video ortaya çıxıb, baxmayaraq ki, əslində o, heç vaxt açıq şəkildə bunu bəyan etməyib", - Çexiya Daxili İşlər Nazirliyi xatırladır.
Onlar bildirirlər ki, video ilk dəfə Avropa İttifaqının sanksiya siyahısına daxil edilmiş Rusiyanın "Sputnik” təbliğat mediasına məxsus neČT24 Telegram hesabı tərəfindən yayımlanıb.
"Beləliklə, belə qənaətə gəlmək olar ki, 2023-cü ildə Çexiyada keçirilən prezident seçkiləri kontekstində namizədlərdən birinə zərər vurmaq məqsədi daşıyan xarici dövlətin dezinformasiya fəaliyyəti qeydə alınıb”.
Çexiya DİN-nin seçkilərin legitimliyini gözdən salmağa yönəlmiş digər manipulyasiyaları arasında o, namizədlərin guya manipulyasiya yolu ilə qeydə alınması və seçkilərə kənardan təsir edildiyi iddiasını qeyd edib.
Petr Pavel 2023-cü ilin martın 9-da and içəcək və iki müddət - on il vəzifədə olmuş Miloş Zemanı əvəzləyərək Çex Respublikasının prezidenti olacaq.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26