Interposta.Info

Qətər əmiri Çexiya səfərini yarımçıq saxlayaraq ölkəni tərk etdi
 

Dünya
 6-10-2022, 16:53     233

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani okytabrın 6-cı üçün nəzərdə tutulan rəsmi proqramı olmasına baxmayaraq, çərşənbə günü, oktyabrın 5-də Çexiyanı tərk edib.

"İnterPosta"xəbər verir ki, bu barədə "Denik N” nəşri yazır.

KİV-in məlumatına görə, əmir Çexiya diplomatiyasının təmin edə bilməyəcəyi tələblər irəli sürüb.

Şeyx çərşənbə günü yerli vaxtla saat 22:00-dan əvvəl Çexiyanı tərk edib. Onun respublikaya səfəri 5 və 6 oktyabr tarixlərində rəsmi tədbirləri əhatə edirdi. Qətər əmiri Çexiya prezidenti Miloş Zemanla danışıqlar aparmağa və respublikanın baş naziri Petr Fiala ilə görüşməyə nail olub.

Cümə günü əmirin Aİ liderləri ilə Çexiyanın paytaxtında təşkil etdiyi qeyri-rəsmi sammit çərçivəsində Aİ liderləri ilə birgə tədbirlərə qatılması planlaşdırılırdı.
Bu, Qətər əmirinin Çexiyaya ilk səfəri idi. Çexiya hakimiyyəti Dohanın enerji böhranının aradan qaldırılmasında Praqaya kömək edəcəyinə ümid edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26