Interposta.Info

Putin Qətər şeyxi ilə razılaşdı

Siyasət
 1-07-2017, 21:49     725

Rusiya Prezidenti Vladimir Putinlə Qətər əmiri Şeyx Təmim bin Hamad əl-Sani arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Gələcəklə bağlı investisiya və energetika sahələrini əhatə edən layihələrdən danışıldı. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi üçün razılıq əldə edilidi. Bundan əlavə, Putin rəsmi Doha ilə Körfəz ölkələri arasında münasibətlərin normallaşması üçün diplomatik səylərin önəmini vurğuladı”, - bəyanatda bildirilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26