Interposta.Info

Yunanınstan baş nazirindən türkcə paylaşım: “Yunanlar və türklər birlikdə çarpışır”

Dünya
 8-02-2023, 14:22     188

Episentri Kahramanmaraş olan zəlzələlərdən sonra Türkiyəyə yardım göndərən ölkələr arasında Yunanıstan da yer alıb.

"İnterPoata" Haber7-yə istinadla xəbər verir ki, Yunanıstanın baş naziri Kiryakos Mitsotakis açıqlamasında Türkiyə ilə Yunanıstan arasında yaşanan gərginliyə baxmayaraq, Yunanıstanın Türkiyəyə yardım göndərdiyini deyib:

"Yunanıstan və Türkiyə çətin anlarda bir-birinə kömək etməli olan qonşulardır. Bu, ölkələrimizdə baş verən ilk zəlzələ deyil. Bu, fikir ayrılıqlarımızı müvəqqəti bir kənara qoymağın və çox, çox təcili bir məsələyə diqqət yetirməyin vaxtıdır".

Suriyaya yardım göndərilməsinin daha mürəkkəb olduğunu bildirən Miçotakis Suriyada rəsmi bir şəxsin olmadığını və yardımın zərər çəkmiş bölgələrə və insanlara çatacağına dair heç bir təminat olmadığını və bunun yardım səylərini çətinləşdirdiyini bildirib. Heç bir ölkənin faktiki olaraq təkbaşına bu cür tənzimləmələr etmək imkanına malik olmadığını qeyd edən Mitsotakis yardımın Birləşmiş Millətlər (BMT) və ya Avropa Birliyi (AB) vasitəsilə edilməsi lazım olduğunu deyərək, Suriya rejimi ilə birbaşa əlaqə saxlamadığını bildirib.

Miçotakis Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdən sonra Türkiyəyə yardım göndəriləcəyini açıqlayıb və "Yunanıstan resurslarını səfərbər edir" deyib.

Yunanıstanın baş naziri Kiryakos Mitsotakis sosial media hesabında türk dilində "Yunanlar və türklər yan-yana can qurtarmaq üçün birlikdə mübarizə aparır" deyə yazıb.

Qəhrəmanmaraşda baş verən zəlzələlərdən sonra kömək üçün Türkiyəyə gələn Yunanıstan axtarış-xilasetmə qrupları, episentri sahədəki işlərə dəstəyini davam etdirərkən, Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Türkiyə və Yunanıstan qruplarının Türkiyədəki işini sosial media hesabında yüksək qiymətləndirib.
"Bizi ağrı ilə dolduran görüntülərin ardınca bizi ümidlə dolduran görüntülər gəlir. Biz sadəcə olaraq xilasetmə qruplarının fövqəlbəşəri cəhdlərinə sayğıyla yanaşırıq. Yunanlar və türklər həyatları xilas etmək üçün birlikdə, yan-yana çarpışırlar. Biz onlara etdiklərinə görə minnətdarıq”, - Miçotakis qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26