Interposta.Info

Polşanın baş naziri Çeçenistanın müstəqilliyindən danışdı (VİDEO)

Dünya
 28-01-2023, 17:09     176

Polşanın baş naziri Mateuş Moravetski indiki Rusiyada yaşayan xalqların azad edilməsi və onların müstəqil dövlətlər yaratması ideyasını dəstəkləyir.

"İnterPosta"xəbər verir ki, o, bu barədə LCI telekanalına müsahibəsində bildirib.

Polşanın baş naziri ümid etdiyini bildirib ki, "başqa xalqlar Rusiya Federasiyasından azad olunacaqlar” və onun fikrincə, onlar "həbsxanadadırlar”.

"Rusiyanın elə hissələri var ki, onlar başqa xalqlar üçün həbsxanadır. Rusiyanın bu hissələri, məsələn, Çeçenistan kimi azad oluna bilərdi. Onlar müstəqil ola bilərlər. Onlar əsrlər boyu və son bir neçə onillikdə də öz azadlıqları üçün mübarizə aparırlar. Mən inanıram ki, bu ölkə öz müstəqilliyinə layiqdir”.

Moravetski həmçinin bildirib ki, o, "Rusiya qonşularına” "normal ölkə, normal inkişaf və normal münasibətlər şəraitində” ən yaxşısını arzulayır.

"Bütün ölkələr Rusiyanın belə olmasını istəyir. Təəssüf ki, son onilliklərdə, son əsrlərdə onlardan gözlənilən bu deyil", - Polşa hökumətinin başçısı əlavə edib.

Çeçenistan 1994-1996 və 1999-2009-cu illərdə Rusiya ilə müharibə aparıb. Son müharibədən sonra Rusiya Federasiyası Çeçenistan üzərində federal nəzarəti bərpa edib, indi ora Ramzan Kadırov rəhbərlik edir.

Qeyd edək ki, Ukrayna Ali Radasının 2022-ci ilin oktyabrında keçirilən plenar iclasında deputatlar Çeçenistan İçkeriya Respublikasını Rusiya tərəfindən müvəqqəti işğal olunmuş kimi tanıyıb və çeçen xalqının soyqırımını pisləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26