Interposta.Info

ABŞ Somalidə İŞİD liderini öldürdü

Dünya
 27-01-2023, 09:26     170

Yanvarın 25-nə keçən gecə ABŞ Somalinin şimalında uğurlu əks-terror əməliyyatı keçirib.

Qaynarinfo bu barədə "The New York Times”a istinadən xəbər verir.

Prezident Co Baydenin əmri ilə ABŞ ordusu İŞİD qlobal şəbəkəsinin əsas fiquru və kuratoru olan "İslam Dövlətinin” lideri Bilal əl-Sudanini məhv edib.

Bundan əlavə, terror qruplaşmasının 10 üzvü öldürülüb. Əvvəlcə terrorçuları ələ keçirmək planlaşdırılsa da, lakin onlar müqavimət göstəriblər və öldürülüblər.

ABŞ kəşfiyyatının məlumatına görə, əl-Sudani "İslam Dövlətinin” Afrika qitəsində fəaliyyətinin genişləndirilməsini koordinasiya edib. Terrorçu qruplaşmanın dünya üzrə filiallarını da maliyyələşdirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26