Rusiya fevralın 24-nə qədər yığılmış bütün ordunu itirib

Ukraynadakı müharibədə Rusiyanın itkilərinin sayı 188 min nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Sun” ABŞ kəşfiyyatına istinadən yazır.
Qəzetin yazdığına görə, ABŞ yanvarın 20-də Almaniyanın cənubundakı Ramşteyn aviabazasında keçirilən NATO sammitində müttəfiqlərə bu qədər ölü və yaralılar haqqında məlumat verib.
ABŞ ordusunun generalı Mark Milli etiraf edib ki, Rusiya ordusu artıq "çoxlu sayda qurban” verib. O, dəqiq rəqəm deməyib, lakin qeyd edib ki, bu, "100 min nəfərdən əhəmiyyətli dərəcədə çoxdur”.
ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, müharibə başlamazdan əvvəl Rusiya Ukrayna ilə sərhəddə təxminən 150 min əsgər cəmləyib. Onların sözlərinə görə, sonradan bu bölmələr Ukraynaya yeridilib. ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter isə işğaldan əvvəl deyib ki, Rusiya Ukrayna ilə sərhəddə 169-190 min hərbçi toplaya bilər. Belə çıxır ki, 11 aylıq müharibədə Rusiya fevralın 24-nə qədər yığılmış, demək olar ki, bütün ordunu itirib, onlar ya həlak olub, ya da yaralanıb.
Rusiya Müdafiə Nazirliyi itkilər barədə sonuncu dəfə səfərbərliyin başladığı gün - sentyabrın 21-də məlumat verib. Nazirliyin rəhbəri Sergey Şoyqunun sözlərinə görə, bütün müharibə ərzində Ukraynada 5937 Rusiya hərbçisi həlak olub.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26