Interposta.Info

ABŞ generalı Rusiya-Ukrayna müharibəsinin nə qədər davam edə biləcəyini açıqladı

Dünya
 6-04-2022, 11:32     333

Rusiya ilə Ukrayna arasında müharibə illərlə davam edəcək.

Qaynarinfo UNİAN-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli Konqresin Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə Komitəsində çıxışı zamanı deyib.

"Rusiyanın Ukraynaya silahlı müdaxiləsi mənim ABŞ ordusunda 42 illik karyeram ərzində Avropanın və bəlkə də dünyanın sülh və təhlükəsizliyinə ən ciddi təhdiddir”, - deyə general bildirib.

Millinin fikrincə, Rusiyanın Ukraynaya müdaxiləsi "təhlükəli tarixi dönüş nöqtəsi” yaradıb.

"İnanıram ki, bu, uzunmüddətli münaqişədir və illərlə ölçüləcək. Bilmirəm, onillikdən danışa bilərik, ya yox, amma bir neçə il dəqiqdir. Hesab edirəm ki, ABŞ, NATO, Ukrayna və bütün müttəfiqlər və onu dəstəkləyən tərəfdaşlar uzun müddət bu işə qarışacaqlar”, - Milli deyib.

Milley qeyd edib ki, Rusiya ABŞ-ı və müttəfiqlərini təhdid etmək üçün müxtəlif nüvə silahlarından istifadə edəcəyi ilə hədələyir.

Millinin fikrincə, Rusiyanın Ukraynaya müdaxiləsi "təhlükəli tarixi dönüş nöqtəsi” yaradıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26