Interposta.Info

Rusiyada bu şəxslər üçün səfərbərlik möhləti ləğv edildi

Dünya
 13-01-2023, 14:57     247

Rusiya hakimiyyəti üç uşaqlı atalar üçün səfərbərlik möhlətini ləğv edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Dövlət dumasının deputatı Nina Ostanina İnsan hüquqları şurasının üzvü İrina Kirkoraya istinadən məlumat verib.

"Əziz dostlarım-abunəçilər, təəssüf ki, İrina Valerievna, Baş Qərargahın 4 oktyabr 2022-ci il tarixli direktivinin üç uşaqlı ailələrin atalarının qismən səfərbər edilməsində möhlət verilməsi barədə bəndinin ləğvi ilə bağlı qorxularınızı təsdiqlədi", deyə deputat Ostanina öz "Teleqram" kanalında yazır.

Kirkoranın deputata verdiyi məlumata görə, bu barədə sənəd dekabrın sonunda hərbi komissarlıqlara göndərilib. Sənədi o vaxt Baş Qərargah rəisi vəzifəsində işləyən Valeri Gerasimov imzalayıb.

Ostanina həmçinin qeyd edir ki, guya "qismən” səfərbərlik tamamlanıb. Onun sözlərinə görə, bundan belə çıxır ki, üç uşaq ataları hərbi xidmətə çağırılmayacaq. Deputat hesab edir ki, sənəd "onsuz da xüsusi hərbi əməliyyat zonasında olanları qaytarmaq çox çətindir” deyə yaradılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26