Interposta.Info

Maqnit qasırğası gözlənilir

Dünya
 10-01-2023, 12:31     243

Yanvarın 10-u, çərşənbə axşamı, bu ayda artıq ikinci maqnit qasırğası başlayacaq.

"İnterPosta" xəbər verir ki, qasırğa yer kürəsini əhatə edəcək və dörd gün - yanvarın 13-dək davam edəcək.

Maqnit qasırğaları planetimizin geomaqnit sahəsindəki pozuntulardır. Onlar Günəş tərəfindən atılan yüklü hissəciklərin axınları nəticəsində yaranır.

Bu fırtına zəif olsa da, meteohəssas insanlar onun mənfi təsirini hiss edə bilirlər.

Yanvarın 4-dəki ilk maqnit qasırğası zəif olmuş, G1 kateqoriyasına aid edilmişdi./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26