Interposta.Info

İranın Buşehr, Şiraz, Mahabad şəhərlərində yeni aksiyalar keçirilib

 

Dünya
 29-12-2022, 15:52     312

İranda artıq 100 gündür davam edən etirazlar səngimək bilmir.

Ötən gün aksiyalar İranın Buşehr, Şiraz, Mahabad və bir sıra şəhərlərində davam edib.

Etirazçılar “Şücaətinizi artırın!”, “Dostlarımızın qanına and içirik ki, sona qədər mübarizə aparacağıq!”, “Diktatora ölüm!”, “Azadlıq!” və digər şüarlar səsləndiriblər.

Nümayişçilərlə İran hakimiyyətinin təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Xəsarət alanlar olsa da, onların sayı barədə məlumat yoxdur.

Xatırladaq ki, sentyabrın 13-də Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin vəfat etməsindən sonra ölkədə etirazlar səngimək bilmir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26