Interposta.Info

ABŞ-da rüşvət verməkdə ittiham olunan çinli milyarder Londonda həbs edildi
 

Dünya
 13-12-2022, 17:57     265

ABŞ-da rüşvət verməkdə ittiham olunan çinli milyarder Londonda həbs edildi
Çinli iş adamı Çjan Li Birləşmiş Ştatlarda rüşvət vermək ittihamı ilə Böyük Britaniyada həbs edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə RBC Bloomberg-ə istinadən məlumat yayıb.

İş adamı müqavilələrin bağlanması üçün rüşvət verdiyinə görə ABŞ-da axtarışa verilmişdi. Sahibkar xüsusilə amerikalı məmur üçün ziyafət təşkil etməkdə və onun oteldə qalması üçün pul ödəməkdə ittiham olunub.
Şirkət ortaq sahibinə qarşı iddiaları yalan adlandırıb.

Çjan Li noyabrın 30-da saxlanılıb. Hakim onu rekord məbləğdə - 15 milyon funt-sterlinq (18,4 milyon dollar) girov müqabilində azadlığa buraxıb. İş adamı Londonda təhlükəsizlik və kameraların nəzarəti altında ev dustaqlığında olacaq. O, ABŞ-a ekstradisiya ilə bağlı dinləməni gözləyir.

69 yaşlı Çjan Li Çinin ən böyük əmlak inkişafı şirkətlərindən biri olan Guangzhou R&F Properties-in həmtəsisçisidir. Forbes onun sərvətini 2,2 milyard dollar qiymətləndirir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26