Interposta.Info

Belarus DTK Lukaşenkonun köməkçisini həbs etdi –

Dünya
 30-05-2018, 16:07     10 450

Belarus Dövlət Təhlükəsizlik Komitəsi (DTK) ölkə prezidentinin köməkçisi, Qrodnensk vilayətinin inspektoru Sergey Rovneykonu həbs edib.

Avropa.info Belarus mətbuatına istinadən xəbər verir ki, bu barədə DTK-nın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, S.Rovneyko 200 min dollar rüşvət almaqda ittiham edilir.

Mətbuat xidmətinin verdiyi məlumatda həmçinin qeyd olunur ki, təhqiqatçılar bir neçə il bundan əvvəl Rovneykonun vəzifə səlahiyyətindən sui-istifadə edərək, müxtəlif məsələlərin həlli üçün rüşvət alıb. Ölkə prezidentinin tapşırığı ilə şübhəlinin qanunsuz fəaliyyətini sənədləşdirmək üçün tədbirlər görülüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26