Interposta.Info

Rusiya nüvə sualtı qayıqlarını ABŞ və Kanada sahillərinə göndərdi

 

Dünya
 22-11-2022, 21:52     209

Ukraynanın işğalı nəticəsində yaranan bir neçə aylıq fasilədən sonra Rusiya yenidən Kanada və ABŞ sahillərinə uzaqmənzilli bombardmançı və sualtı qayıqlar göndərməyə başlayıb. Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) rəis müavini Alen Pelletyenin sözlərinə görə, Moskva Kanada və ABŞ-a zərbə endirmək qabiliyyətini belə nümayiş etdirməyə çalışır.

"İnterPosta" xəbər verir ki, məlumatı Qaynarinfo "Global News”ə istinadən yayıb.

"Bu il biz Şimali Amerika hava məkanında Rusiya bombardmançılarının sayında azalma müşahidə edirik, xüsusən də Rusiyanın fevralın 24-də Ukraynaya qanunsuz müdaxiləsindən sonra. Bununla belə, bu fəaliyyətlərin bəziləri indi bərpa olunub”, deyə Pelletye Senatın Müdafiə Komitəsinə bildirib.

Onun sözlərinə görə, Rusiya həm Atlantik, həm də Sakit okean sahillərindən sualtı qayıqlarını "özünün strateji imkanlarını praktiki olaraq nümayiş etdirmək və Şimali Amerika üçün təhlükə yaratmaq üçün” göndərir.

Pelletye Rusiya hava və donanmasının konkret manevrləri barədə məlumat verməyib. Oktyabr ayında NORAD Alyaskaya yaxınlaşan iki rus uzaqmənzilli bombardmançı təyyarəsinin izlənilməsi barədə məlumat vermişdi. Bombardmançıların Şimali Amerikanın hava məkanına girməyə imkan etməmişlər.

Pelletye və digər Müdafiə Nazirliyinin rəsmiləri də təsdiqləyiblər ki, Kanada və Birləşmiş Ştatlar Şimali Amerikanın xarici hava hücumuna qarşı ilk müdafiə xətti olan NORAD-ın təkmilləşdirilməsi üzərində işlərə başlayıblar.

Tərəflər Kanadanın şimalında 1980-ci illərin radarlarını yeni hərbi texnika növlərini tanıya və izləyə bilən daha geniş əhatə dairəsinə malik daha müasir sistemlərə təkmilləşdirəcəklər./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26