Interposta.Info

Britaniya kəşfiyyatı: “Rusiya Krımdan sualtı qayıqlarını geri çəkdi”

Dünya
 20-09-2022, 11:41     268

Rusiya Qara Dəniz Donanması Komandanlığı sualtı qayıqlarını Krımdakı Sevastopol limanından geri çəkib.

Sualtı gəmilər Rusiyanın cənubunda, Krasnodar diyarındakı Novorossiyskə yerləşdirilib.

Bu barədə Britaniya Müdafiə Nazirliyi “Twitter” hesabında məlumat yayıb.

Məlumatda qeyd edilib ki, bu qərar, çox güman, yerli təhlükəsizlik səviyyəsinin dəyişməsi ilə bağlıdır. Belə ki, Ukraynanın uzaqmənzilli zərbə imkanlarının güclənməsi belə bir addımın atılmasına səbəb ola bilər. Son iki ayda donanmanın qərargahı və onun əsas dəniz aviasiya aerodromu hücuma məruz qalıb.

“Qara dəniz donanmasının Krımda bazasının yerləşdirilməsi, yəqin ki, Rusiya Prezidenti Vladimir Putini 2014-cü ildə yarımadanı ilhaq etməyə vadar edən səbəblərdən biri olub. Hazırda Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü fonunda bazanın təhlükəsizliyi tamamilə pozulub”, - deyə Britaniya Müdafiə Nazirliyi qeyd edib./RBK-Ukrayna/oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26