Interposta.Info

Ukraynanın gizli əks-hücum əməliyyatı: Rusiya hansı hiyləylə aldadılıb?

Dünya
 12-09-2022, 14:31     238

Ukraynanın gizli əks-hücum əməliyyatı onun Rusiya təyyarələrinin cəbhə xəttində sərbəst hərəkət etməsinə mane olmaq qabiliyyətindən asılı olub.

"İnterPosta" xəbər verir ki, bu barədə Economist.com saytının materialında deyilir.

Nəşrin Ukrayna hərbi dairələrində olan mənbəsi bildirir ki, bu, ABŞ tərəfindən təchiz edilmiş yeni anti-radar raketləri, rabitə sistemləri və hava hücumundan müdafiə silahları sayəsində mümkün olub.

Bundan əlavə, mənbə deyir ki, bu zərbənin uğurlu olması səbəblərindən biri də Ukrayna tərəfinin "hiyləgərliyi” olub. Ukraynalılar qəsdən hücum qüvvələrinin ağır silahlarını azaldıblar, Rusiya xəbərlərinə görə, Balakleyada ilkin hücumda cəmi 15-ə yaxın tank iştirak edib. Əslində, bu, hiylə olub və ruslar belə başa düşməli idilər ki, Balakleyaya olan hücum "yalançı” manevrdir və sadəcə olaraq rus qüvvələrini sıxışdırmaq və cənubda - Xerson bölgəsində ehtimal olunan əsas əks-hücumdan müdafiə etmək üçün yenidən yerdəyişməsinə mane olmaq məqsədi daşıyır. Rusiya yüksək komandanlığı özündən razılığın badına gedib.

"Onlar həmişə bizə bir növ kiçik qardaş kimi baxıblar. Bizə hörmət etməyin vaxtı çatıb”, deyə mənbə nəşrə bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26