Interposta.Info

İranın pilotsuz uçuş aparatları Rusiya qoşunlarına çatdı (VİDEO)

Dünya
 5-08-2022, 14:58     314

Ukraynadakı Rusiya hərbçiləri artıq İranın pilotsuz uçuş aparatlarından istifadə edir. Söhbət onlarla PUA-dan gedir.

Bu barədə Qaynarinfo Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Alekset Aretoviçin "Feyqin LIVE” youtube kanalının efirində verdiyi açıqlamaya istinadən məlumat yayıb.

"Onların 46 ədədi gəlib. Belə deyək, bəzi məlumatlara görə, artıq onların istifadəsi qeyd olunub", - o deyib.

Onun sözlərinə görə, İran PUA-ları "çox əvvəlki nəsil” aparatlarıdır.

Reklamınızı SmartBee ilə effektiv edin.

"Onlar öz tapşırıqlarının bir qismini həll edə bilirlər, çünki bu müharibədə uşaq kvadrokopterləri belə əldəqayırma vasitələrlə və qumbaraatanlarla problemləri həll edirlər", - o əlavə edib.

Xatırladaq ki, iyul ayında Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə üçün İrandan 100 ədəd pilotsuz uçuş aparatı almaq istədiyi barədə məlumat yayılmışdı.

Eyni zamanda, İran belə planları təkzib edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26