Interposta.Info

Türkiyə milli elektromobilin istehsalına başlayır

Dünya
 27-07-2022, 23:31     264

Türkiyə prototipini hələ 2019-cu ildə Prezident Rəcəb Tayyib Ərdoğanın təqdim etdiyi milli avtomobilin istehsalına başlayıb.

TOGG markalı elektromobilinin ilk nümunələri İstanbulun cənubundakı Gemlik şəhərində yeni tikilən zavodun konveyerindən çıxıb. İlk nüsxəni brendin baş direktoru Gürkan Karakaş təqdim edib.

Qeyd edək ki, elektromobil hələ ki, Avropa standartlarına uyğunluq üçün sertifikatlaşdırma testlərindən keçməyib. Onun Türkiyədən kənarda da satışı planlaşdırılır.

Avtomobil iki modifikasiyada - 200 və 400 at güclü elektrik mühərriki ilə buraxılacaq. Ən güclü versiya 0-dan 100 km/saat sürətini 4,8 saniyəyə yığa biləcək. Elektromobilin maksimal gediş məsafəsi isə 500 km-ə yaxın olacaq./motor.ru/oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26