Interposta.Info

İran parlamenti Urmiya gölü ilə bağlı planı səsverməyə çıxaracaq

Dünya
 11-07-2022, 19:06     238

İran parlamentində fəaliyyət göstərən Urmiya gölünün Bərpası Qərargahı araşdırma və təhqiqat planını təqdim edib.

Qaynarinfo Təbrizin "Azərəncümən" saytına istinadən xəbər verir ki, bu barədə planın tərtibatçısı Ruhullah Mütəfəkerazad məlumat verib.

"Plan tezliklə parlamentdə səsverməyə çıxarılacaq. Səsvermədə təsdiqlənərsə, tezliklə planın icrası başyacaq", deyə Ruhullah Mütəfəkerazad bildirib.

Ruhullah Mütəfəkerazad Urmiya gölünü Azərbaycanın ləl-cəvahiri adlandıraraq deyib: "Ardıcıl quraqlıqlar səbəbindən gölün suyunun səviyyəsi kəskin şəkildə azalıb. Bərpa qərargahı indiyədək bu məqsədlə milyardlarla tümən xərcləyib. Lakin xərclər və əzyətlər heç bir nəticə verməyib. Ona görə də hesab edirik ki, qərargahın fəaliyyətini və xərclərini qiymətləndirmək lazımdır".

Urmiya gölünün qurumasının şimal-qərb sakinlərinin ciddi narahatçılığına səbəb olduğunu bildirən Ruhullah Mütəfəkerazad prosesin gölün yaxınlığında yerləşən əyalət və şəhərlərə mənfi təsir göstərdiyini deyib. O, qeyd edib ki, gök qurusa, Təbrizdən Tehrana qədər 14 milyondan çox insan onun duz hissəciklərinin təsirindən əziyyət çəkəcək.

Ruhullah Mütəfəkerazad 13-cü hökumət tərəfindən Urmiya gölünün bərpası üçün yarımçıq qalmış layihələrin tamamlanmasını tələb edib: "Gölə təmizlənmiş su tullantıların buraxılması üçün Təbriz, Azərşəhr kanalizasiya təmizləyici qurğularının və Sib mineral su ötürücü tunelinin tamamlanması vacibdir. Bu, Urmiya gölünə yeni can verəcək".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26