Interposta.Info

Medvedyev: Beynəlxalq Məhkəmə Moskvanı cəzalandırsa, bu, nüvə müharibəsinə səbəb olacaq

Dünya
 6-07-2022, 19:01     251

Ən böyük nüvə arsenalına malik olan ölkəni cəzalandırmaq ideyası özü-özlüyündə absurddur.

"İnterPosta""The Moscow Times” saytına istinadla xəbər verir ki, bu sözləri Dmitri Medvedyev deyib.

Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev çərşənbə günü Beynəlxalq Cinayət Məhkəməsinin Moskvanı Ukraynadakı iddia edilən cinayətlərə görə cəzalandıracağı təqdirdə nüvə müharibəsi ehtimalını xatırladıb.

Hazırda Rusiya Təhlükəsizlik Şurasının rəhbəri olan Medvedyev teleqram kanalında yazıb:

"Ən böyük nüvə arsenalına malik olan ölkəni cəzalandırmaq ideyası özü-özlüyündə absurddur və potensial olaraq bəşəriyyətin varlığına təhlükə yaradır".

O, ABŞ-ı Moskvanı beynəlxalq tribunalların qarşısına çıxarmaq istəyində günahlandırıb. Onun sözlərinə görə Amerika dünyada 20 milyon insanın ölümünə səbəb olan öz müharibələrinə görə heç vaxt cəzalandırılmayıb.

"Hinduların sıxışdırılmasından başlayaraq bütün Amerika tarixi qanlı qırğın müharibələridir",- deyə o yazıb.

Keçən ay 56 yaşlı Medvedyev Rusiyaya "nifrət” edənləri "degeneratlar” adlandırıb və "onları yox etmək” üçün çalışacaqlarına söz verib.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26