Interposta.Info

Vendi Şerman: Şimali Koreyanın nüvə sınağına sərt reaksiya veriləcək

Dünya
 7-06-2022, 15:13     375

ABŞ dövlət katibinin müavini Şimali Koreyanın nüvə sınağı keçirməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqda ittiham edib və bunun beynəlxalq reaksiyaya səbəb olacağını bildirib.

"İnterPosta"Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə Seulda olan Birləşmiş Ştatların xarici işlər nazirinin müavini V.Şerman bu gün - çərşənbə axşamı (7 iyun) Şimali Koreyanın nüvə bölgəsində sınaqlar keçirəcəyi təqdirdə nə olacağıyla bağlı danışarkən deyib.

"Cənubi Koreya və bütün dünya aşkar reaksiya verəcək və Şimali Koreya güclü Birləşmiş Ştatlar ilə üz-üzə gələcək”.

Seuldakı həmkarı Ço Hyun Don ilə söhbətdən sonra Şerman jurnalistlərə deyib: "Şimali Koreyanın istənilən nüvə sınağı Təhlükəsizlik Şurasının qətnamələrinin tam pozulmasıdır və buna dərhal güclü cavab verəilcək. Digər tərəfdən, Cənubi Koreya, Amerika Birləşmiş Ştatları, Yaponiya və bütün dünya Şimali Koreyanın bu hərəkətinə qəti və səmərəli reaksiya verəcək".

"Biz üçtərəfli danışıqları (Cənubi Koreya və Yaponiya ilə) sabah davam etdirəcəyik", - o əlavə edib.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26