Interposta.Info

Kanada Rusiya aktivlərinin müsadirəsinə imkan verən qanun qəbul edə bilər

Dünya
 21-06-2022, 09:41     235

Kanada hökuməti yaxın günlərdə digər məsələlərlə yanaşı, sanksiyalara məruz qalan Rusiya aktivlərinin müsadirəsinə imkan verəcək qanun qəbul etməyi gözləyir.

“Report”un məlumatına görə, bu barədə Kanadanın Maliyyə Nazirliyinin rəhbəri və baş nazirin müavini Kristia Friland ABŞ-ın maliyyə naziri Canet Yellen ilə birgə mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, bu tədbir Ottavanın beynəlxalq tərəfdaşları, o cümlədən Vaşinqtonla müzakirə edilib və razılaşdırılıb. Friland vurğulayıb ki, Kanada Ukraynanın bərpası üçün vəsait tapmağı son dərəcə zəruri hesab edir.

“Bu baxımdan, mən müsadirə edilmiş Rusiya aktivlərindən daha uyğun bir maliyyə mənbəyi təsəvvür edə bilmirəm”, - Kanada baş nazirinin müavini əlavə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26