Interposta.Info

Kanada Ukraynaya daha 195 milyon dollar kredit verəcək

Dünya
 20-05-2022, 22:38     317

Kanada hakimiyyəti Ukraynaya 250 milyon Kanada dolları (195,1 milyon ABŞ dolları) məbləğində növbəti kredit vermək qərarına gəlib.

"İnterPosta" TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada baş nazirinin müavini, maliyyə naziri Kristi Friland deyib.

Sənəddə göstərilən bu vəsait Beynəlxalq Valyuta Fondu vasitəsilə köçürüləcək.

"Əvvəlki maliyyə dəstəyi ilə birlikdə bu kredit Kanadanın Ukrayna qarşısındakı maliyyə öhdəliyini bu il 1,87 milyard Kanada dollarına (1,46 milyard dollar) çatdırır", - Friland bildirib.

Açıqlamada qeyd edilir ki, bu qərar Friland ilə maliyyə departamentlərinin rəhbərləri və G7-nin Mərkəzi Bankının rəhbərləri arasında Almaniyanın Köniqsvinter şəhərindəki görüşdən sonra qəbul edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26