Interposta.Info

Ukraynada ombudsmanlıq üçün şərtlər dəyişir

Dünya
 18-06-2022, 09:40     266

Ukrayna Ali Radasının deputatları insan hüquqları üzrə müvəkkillə (Ombudsman) bağlı şərtləri dəyişməyi təklif ediblər.

APA xəbər verir ki, yeni tələblər Radanın saytında yerləşdirilib. Tələblər arasında dövlət dilini mükəmməl bilmək, hüquq müdafiəsi sahəsində azı 10 il staja malik olmaq, son 5 ili Ukraynada yaşamaq, cəmiyyətdə nüfuz sahibi olmaq kimi tələblər yer alır.

Qeyd edək ki, ombudsman Lüdmila Denisova mayın 31-də vəzifəsindən azad edilib. Hazırda bu posta 3 namizəd var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26